İki gün bağlı qapı arxasında qalana qadın yuxulu vəziyyətdə aşkarlandı
Bakıda bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edilib. Nizami rayonu, Rüstəm Rüstəmov 26 ünvanında yaşayanlar 5 mərtəbəli binanın üçüncü mərtəbəsində qalan Temella Konstantinovanın iki gündür, qapını açmamasından narahat olaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər alpinist avadanlıqlarından istifadə edərək mənzilə bayırdan daxil olaraq Tamella Konstantinovanı yatmış vəziyyətdə aşkar ediblər. Onu müayinə edən Təcili Yardım Stansiyasının əməkdaşlarının APA TV-yə verdikləri məlumata görə, Tamella Konstantinovanın səhhəti yaxşıdır.
OXŞAR XƏBƏRLƏR
17:21
1692
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1746
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1679
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1335
Niderlanda yeni səfir təyin edildi
18:28
1190
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2070