"VAZ 2106" "Mercedes"ə çırpıldı
Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. 10 SP 685 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə, 90 MZ 110 nömrəli "Mercedes Benz" toqquşub. APA TV-nin xəbərinə görə, hadisə rayonun Məhəmməd Xiyabani küçəsində baş verib. "VAZ 2106"ın sürücüsünün sözlərinə görə, qəzaya səbəb onun yoluna çıxan avtobus olub. Avtobusu vurmamaq üçün manevr edən sürücü nəticədə "Mercedes Benzlə" toqquşub.
Hadisə nəticəsində "VAZ 2106"ın sürücüsü başından yüngül xəsarət alıb.
Faktla bağlı Yasamal Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1692
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1746
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1679
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1335
Niderlanda yeni səfir təyin edildi
18:28
1190
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2070