İsmayıllı sakini ÖZÜNÜ GÜLLƏLƏYİB
İsmayıllı rayon sakini ov tüfəngi ilə özünü güllələyib. Hadisə rayonun Topçu kəndində baş verib.
APA TV-nin xəbərinə görə, kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov İlkin Malik oğlu ov etmək üçün dostu ilə birgə meşəyə gedib. Meşədə ehtiyatsızlıq ucbatından baş vermiş hadisə nəticəsində o, qarın boşluğundan odlu silah yarası alıb.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilən İlkin Hüseynovun sözlərinə görə, o, meşədə ov edərkən ayaqları ağac kötüyünə ilişib. Yerə yıxılan zaman üzərindəki tüfəngdən qəflətən açılan atəş nəticəsində xəsarət alıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
719
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
687
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1368
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1150
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1145
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
442