Suriyadan daha bir AZƏRBAYCANLININ ÖLÜM XƏBƏRİ GƏLDİ
Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Zər-Azəri” ləqəbli azərbaycanlı mücahid yanvarın 14-də Suriyanın Xama bölgəsində hökumət qüvvələri tərəfindən öldürülüb.
APA TV-nin xəbərinə görə, onun əsl adı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1692
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1746
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1679
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1335
Niderlanda yeni səfir təyin edildi
18:28
1190
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2070