İmişlidə qətl: 45 YAŞLI QADININ MEYİTİ TAPILDI
İmişlidə soyuq silahla qətlə yetirilmiş qadın meyiti tapılıb. İmişli polis şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndini birləşdirən daxili yolun kənarındakı ərazidə baş verib. Həmin ərazidə yerləşən damda qadın meyiti aşkarlanıb. İlkin araşdırma zamanı qətlə yetirilənin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, İmişlidə məskunlaşan Cəbrayıl rayonunun Dağveysəlli kənd sakini, 45 yaşlı məcburi köçkün Səfərova Reyhan Cümşüd qızı soyuq silahla naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb. Bildirilir ki, qətlə yetirlən şəxs həmin evdə tək yaşayıb.
Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, əməliyyat axtarış işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1733
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1787
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1719
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1336
Niderlanda yeni səfir təyin edildi
18:28
1191
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2071