"Ovçu" mağazasında QANUNSUZ SİLAH AŞKARLANDI
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda “Ovçu” mağazasında əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş. Qurbanov küçəsində yerləşən “Ovçu” mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus, qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan “Tiqr” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan “Walter” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib