Həmsədrlər ATƏT sədri ilə görüşüblər
Bern şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ATƏT-in fəaliyyətdə olan sədri İşveçrənin xarici işlər naziri Didye Burkhalter arasında görüş keçirilib. ATƏT-in rəsmi saytının yaydığı məlumata görə, görüşdə İsveçrənin 2014-cü ilə dair əməkdaşlıq məsələləri müzakirə olunub.
APA TV-nin xəbərinə görə, Didye Burkhalter həmsədrlərin vasitəçilik rolunu yüksək qiymətləndirib.
Vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik eyni zamanda İsveçrə xarici işlər departamentinin dövlət katibi İv Rosye ilə görüş keçiriblər. Onlar ölkənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR
17:21
1772
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1829
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1759
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1338
Niderlanda yeni səfir təyin edildi
18:28
1193
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2074