Hövsandakı "Qan çanağı"nda dəmir maneələr quraşdırılıb
Bakının Hövsan qəsəbəsinin girişində el arasında "Qan çanağı" kimi tanınan ərazinin bir hissəsinə dəmir maneələr quraşdırılıb. Avtomobillərin tez-tez qəza törətdiyi bu ensiz yolun üzərində yerləşən və çirkab sularının axıdıldığı kanal isə təhlükə mənbəyi olaraq qalır. Ərazinin təhlükəli olduğu ilə bağlı yola xəbərdarlıq nişanı da qoyulmayıb.
APA TV-nin xəbərinə görə, yolun çox hissəsində asfalt örtüyü dağılaraq sıradan çıxıb. Gecə saatlarında yolda işıqlandırmanın olmaması isə sürücülərə problem yaradır. Sürücülərin sözlərinə görə, ensiz və işıqsız yolun sərt döngəsində yerləşən və çirkab sularının axıdıldığı kanalla bağlı ölçü götürülmədiyindən bu yolda ölümlə nəticələnən qəzalar baş verir. Xüsusilə gecə saatlarında işıqlandırmanın olmadığı yolda sürücülər bir-birilərinin yollarına çıxaraq tez-tez qəza şəraiti yaradırlar.
Sürücülər yol nişanlarının tezliklə bərpa olunmasını və kanala xüsusi sədd çəkilməsini tələb edirlər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib