Azərbaycanlı qadın yeni doğulan KÖRPƏSİNİ VEDRƏDƏ BOĞUB
Başqırdıstanda yeni doğulmuş övladını öldürən azərbaycanlı qadın məhkəməyə çıxarılacaq. Respublika prokurorluğunun bununla bağlı yaydığı məlumatda deyilir ki, iki uşaq anası olan 43 yaşlı qadın üçüncü övladını ötən ilin sentyabr ayında iş prosesi zamanı ticarət köşkündə dünyaya gətirib. Qadın özünün sağlam övladından canını qurtarmaq qərarına gəlib və balaca qız uşağını su ilə dolu vedrədə boğub. Körpənin hərəkət etmədiyini görən qadın onu polietilen torbaya qoyaraq, kolluğa atıb və evinə gedib. Növbəti gün o, şəhər xəstəxanasına müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat verib.
Qadın öz günahını etiraf edib. APA TV-nin xəbərinə görə, cinayət işi baxılması üçün Sterlitamakski şəhər məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1772
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1829
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1759
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1338
Niderlanda yeni səfir təyin edildi
18:28
1193
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2074