Gəncə-İstanbul aviareysi ləğv olunur
Türkiyənin «Onur Air» aviaşirkəti fevral ayından etibarən İstanbul-Gəncə birbaşa aviareysini dayandırır. Bu barədə APA TV-yə «Onur Air» aviaşirkətinin İstanbuldakı baş ofisindən məlumat verilib. Şirkətdən bildirilib ki, İstanbul-Gəncə aviareysi qeyri-rentabelli olduğuna, eyni zamanda uçuşların vaxtı şirkətin qrafikinə uyğun gəlmədiyinə görə «Onir Air» gələn aydan bu marşrutla uçuş yerinə yetirməyəcək. Şirkətin Gəncə-İstanbul marşrutu üzrə sonuncu uçuşu yanvarın 27-də saat 09:00-a təyin olunub. Şirkətin fevrala olan bütün aviabiletləri satılsa da, reyslər ləğv olunduğundan biletlərin bir hissəsi qaytarılıb, bir hissəsi isə başqa aviaşirkətlə dəyişdirilib. «Onur Air»dən bu məsələ ilə bağlı bildiriblər ki, alınmış biletləri qaytarmaq üçün müştərilər şirkətlə əlaqə saxlaya bilərlər. Aviaşirkət onlara məsələ ilə bağlı lazımi tədbirlər görməyə yardım edə bilər. Xatırladaq ki, «Onur Air» aviaşirkəti Gəncə-İstanbul reysini həftənin I, III və V günləri saat 09:00-da yerinə yetirir.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı