Ariel Şaronla vida mərasimi başladı
İsrailin keçmiş baş naziri Ariel Şaronun nəşi Knessetə gətirilib. İsrail parlamentində artıq onunla vidalaşmalar başlayıb. Şaronun cənazəsi keçiriləcək dövlət mərasiminin ardından bazar ertəsi günü torpağa tapşırılacaq. Mərasim yanvarın 13-ü səhər saat 9:30-da başlayacaq və burda İsrail prezidenti Şimon Peres, baş nazir Benyamin Netenyahu, həmçinin Şaronun ailə üzvlərinin çıxışı gözlənilir. Sonra isə keçmiş baş nazirin cənazəsi əsgərlərin müşayiəti ilə Şikmimə aparılacaq. Burda cənazə dini mərasimin ardından Şaronun 2000-ci ildə dünyasını dəyişən həyat yoldaşının yanında basdırılacaq. Azərbaycan prezidenti İlham Əliyev Ariel Şaronun ölümü ilə bağlı İsrail prezidentinə və İsrail xalqına baş sağlığı verib.
OXŞAR XƏBƏRLƏR
17:21
1795
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1851
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1782
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1341
Niderlanda yeni səfir təyin edildi
18:28
1195
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2077