Bəzi çağırışçılar geri qaytarılacaq
Xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Müdafiə Nazirliyi tərəfindən təkrarən yoxlanılacaq. APA TV-nin məlumatına görə, xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Yoxlamalar Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı Qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən həyata keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək. Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı Qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib