Rusiyada terrorçularla bağlı iddia: biri azərbaycanlıdır
Rusiya Milli Antiterror Komitəsi Pyatiqorskda baş verən terror aktının törədilməsində şübhəli bilinən şəxslərin adlarını açıqlayıb.
APA TV-nin məlumatına görə, ilkin dindirilmə zamanı onlar hadisəni törətdiklərini etiraf ediblər. Bunlar 25 yaşlı Murad Atayev, 22 yaşlı Ruslan Xalizov, 60 yaşlı Vladimir Xalizov, 22 yaşlı Şamil Əbdüləzizov, 25 yaşlı, Şamil Qazıməmmədov və 22 yaşlı Maqomed İbrahimovdur. Onlardan Murad Atayevin Azərbaycan vətəndaşı olduğu iddia edilir.
Hadisə dekabrın 27-də baş verib. Əldə düzəldilmiş parlayıcı qurğunun avtomobildə partlaması nəticəsində 3 Rusiya vətəndaşı həyatını itirib. Şübhəli şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
15:19
691
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
671
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1351
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1149
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1144
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
441