Azərbaycanda attaşe olmuş şəxs Türkiyədə polis rəisi oldu
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhlükəsizlik üzrə keçmiş attaşesi Cəmil Tonbul Antalya əmniyyət müdiri, yəni Polis İdarəsinin rəisi təyin olunub. Cəmil Tonbul bu vəzifədə Mustafa Sağlamı əvəzləyib. Buna qədər isə Tonbul 10 il xüsusi əməliyyatlar şöbəsinin rəisi işləyib.
Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə 24 vilayətin polis rəisi dəyişdirilib. Bunlardan 16-sı mərkəzə gətirilib.
Cəmil Tonbul 1986-cı ildə Polis Akademiyasından məzun olub. O, Azərbaycanda Türkiyə Səfirliyində təhlükəsizlik attaşesi vəzifəsini də icra edib. Bundan başqa, o bir müddət İqdır əmniyyət müdiri vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1832
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1875
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1801
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1344
Niderlanda yeni səfir təyin edildi
18:28
1197
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2081