Abşeronda qoyun oğrusu yaxalandı
Abşeron polisi qoyun oğurlayan şəxsləri saxlayıb. Polis keçirdiyi əməliyyat nəticəsində Novxanıda açıq sahədən 16 qoyunu oğurlayan 28 yaşlı Sahil Hacıyev və 18 yaşlı Malik Hacıyevi şübhəli şəxs qismində saxlayıb. Hər iki şəxs polisə verdikləri ifadədə oğurluq faktını etiraf edib.
APA TV-nin xəbərinə görə, onlar bildiriblər ki, açıq sahədə otlayan 16-a yaxın qoyunu qabaqlarına qataraq bağ evinə gətiriblər. Daha sonra bazara çıxardıqları qoyunların hamısını 600 manata satıblar.
Əvvəllər də həyətlərdən at və eşşək oğurladıqlarını etiraf edən şəxslər atları satdıqlarını, eşşəyi isə kəsərək itə verdiklərini söyləyiblər.
OXŞAR XƏBƏRLƏR
17:21
1832
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1875
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1801
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1344
Niderlanda yeni səfir təyin edildi
18:28
1197
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2081