Bakıda "TOYOTA" 4 "MERCEDES"İ ƏZDİ
Bakının Yasamal rayonunda 5 zəncirvari qəza baş verib. Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən "Toyota RAV4" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının APA TV-ə verdikləri məlumata görə, qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən "Toyota RAV4" markalı avtomaşının sürücüsü olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
672
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
655
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1338
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1147
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1142
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
439