Qatarda yanğın: 9 nəfər öldü
Hindistanda sərnişin qatarında baş vermiş növbəti yanğın hadisəsi 9 nəfərin həyatına son qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın ölkənin qərbində yerləşən Bandra şəhərindən şimal bölgədəki Dexradun şəhərinə gedən qatarda baş verib. Məlumata görə, ölənlərin hamısı tüstüdən zəhərlənib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici briqadası cəlb olunub. Yanğının səbəbləri hələlik məlum deyil.
Xatırladaq ki, Hindistanın Andxra-Pradeş ştatında 10 gün əvvəl analoji hadisə nəticəsində 26 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
17:21
1849
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1891
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1813
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1346
Niderlanda yeni səfir təyin edildi
18:28
1199
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2084