Daha bir "VAZ-2107" qəza törətdi
Ötən gecə Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində, Elman Qasımov küçəsində qeydə alınıb. "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 42 yaşlı Teymurov Məzahir Zülfü oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Qəzanın səbəblərinə gəlincə, ilkin ehtimallara görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü köməkçi yoldan əsas yola çıxarkən yol hərəkəti qaydasını pozub və Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan "Opel"i vurub. Lakin sürücü bu ehtimalı rədd edir.
Qəzanın dəqiq səbəbi Suraxanı Rayon Polis İdarəsində aparılan araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
17:21
1849
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1891
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1813
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1346
Niderlanda yeni səfir təyin edildi
18:28
1199
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2084