Azərbaycan prezidenti Bakı Sağlamlıq Mərkəzinin açılışına qatıldı
Yanvarın 7-də Bakıda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə prezidentə və xanımına məlumat verib.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb. Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı səhiyyə işçiləri ilə görüşüb.
OXŞAR XƏBƏRLƏR
17:21
1849
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1891
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1813
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1346
Niderlanda yeni səfir təyin edildi
18:28
1199
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2084