MÜDAFİƏ NAZİRLİYİNDƏ YENİ TƏYİNATLAR
Müdafiə Nazirliyində yeni təyinatlar olub. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Naxçıvan hərbi liseyinin rəisi, general-mayor Rasim Əliyev və Naxçıvandakı “N” saylı hərbi hissənin komandiri, polkovnik Teymur Eyyubov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Naxçıvan hərbi polisinin rəisi, polkovnik Elman Orucov Naxçıvan hərbi liseyin rəisi vəzifəsinə, polkovnik Namiq Bayramov isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyinat alıblar. Şəmkir hərbi birləşməsində komandir müavini vəzifəsində çalışan polkovnik Xəqani Cəbrayılova isə Şəmkir korpusunun qərargah rəisi vəzifəsinin icrası həvalə olunub.
APA TV-nin xəbərinə görə, bir neçə gün öncə nazirliyin mətbuat xidmətinə yeni rəhbər təyinat olunub. Bu vəzifəyə təyin olunan polkovnik-leytenant Vaqif Dərgahlı daha əvvəl nazirliyin İnformasiya İdarəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib