Pakistanda 11 MƏKTƏBLİ ÖLDÜRÜLDÜ
Pakistanın şimal qərbində iki partlayış törədilib. Nəticədə 11 uşaq həyatını itirib. Hökumət qüvvələrinin yaydığı xəbərə görə, birinci partlayış Əfqanıstanla sərhəddə Tirax düzündə yerləşən Xayber rayonu ərazisində yaşayan qəbilə başçısının evində baş verib. Nəticədə üç uşaq dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Eyni zamanda partlayış terror hadisəsi kimi də qiymətləndirilir. Çünki həmin ərazidə "Ləşkər-ə-İslam" radikal terrorçu qruplaşmanın çoxlu sayda üzvləri fəaliyyət göstərir. Mütəmadi olaraq həmin qruplaşmanın üzvləri NATO-nun Əfqanıstana yük daşıyan avtomobillərinə hücum edirlər.
APA TV-nin xəbərinə görə, ikinci partlayış isə Xayber-Paxtunxva vilayətində qeydə alınıb. Kamikadze özünü Xanqu rayonu ərazisində yerləşən məktəb binasının yanında partladıb. Nəticədə səkkiz məktəbli həyatını itirib. Partlayışı üzərinə "Ləşkər-ə-İslam" sünni radikal qruplaşma götürüb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib