Sərxoş sürücü qəza törətdi, maşınını qoyub qaçdı
Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Azərbaycan prospekti ilə sürətlə hərəkət edən "Nissan" markalı avtomobilin sürücüsü eyni sürətlə də "5 mərtəbə" dairəsində Mirzağa Əliyev küçəsinə dönmək istəyib. Lakin idarəetməni itirib və maşın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası qarşısındakı pilləkənlərin üstünə çıxıb.
Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Ətrafda qan damcılarının olması onun xəsarət aldığını deməyə əsas verir. Lakin Dövlət Yol Polisi əməkdaşları sürücünün yüngül xəsarət aldığını və sərxoş olduğu üçün qaçdığını ehtimal edirlər. Maşının salonundakı araq şüşəsi də sürücünün sərxoş olması ehtimalını artırır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib