Buzda qalan gəminin aqibəti
Yanvarın 3 də buzlarda ilişib-qalan “Akademik Şokalski”nin göyərtəsindəki sərnişinlərin əksəriyyətini helikopterlə evakuasiya edən “Qar əjdahası” qayığının özü Antarktida sahillərindəki buzlardan çıxa bilmir. “Akademik Şokalski” gəmisində 22 nəfərdən ibarət heyət üzvü qalıb. “Qar əjdahası”nda isə 111 nəfərin olduğu bildirilir. Elmi-tədqiqat missiyasının başçısı professor Chris Turney Rusiya və Çin gəmisinin buz əsirliyindən xilas olunacağına ümid etdiyini bildirib. Qeyd edək ki, dekabrın ilk həftəsində elmi-tədqiqat ekspedisiyası çərçivəsində 74 nəfərlik beynəlxalq heyətlə Antarktida sahillərinə doğru hərəkət edən “Akademik Şokalski” qalın buz kütləsində ilişib-qalıb. “Akademik Şokalski” avstraliyalı Douglas Mawson-un bir əsr bundan əvvəl cənub qitəyə səyahət marşrutunu təkrar etməyə çalışıb. Dekabrın 25 də yardım üçün müraciət edən Rusiya gəmisini buzlardan çıxarmaq cəhdləri uğursuzluğa düçar olub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib