Milli Ordunun əsgəri intihar edib
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, mərhum 2013-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıbmış.
OXŞAR XƏBƏRLƏR
17:21
1869
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1915
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1835
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1350
Niderlanda yeni səfir təyin edildi
18:28
1201
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2086