İraqda silahlı qarşıdurmalarda 200-dək adam ölüb
İraqın Ənbar vilayətində güc strukturları və sünni təriqətinə mənsub silahlılar arasında baş verən toqquşmalarda 100-dən çox adam həlak olub. Əl-Fəluca və Ər-Rəmadi şəhərlərində silahlı toqquşmalar davam edir. Yerli mənbələrin məlumatına əsasən, gün ərzində 32 dinc sakin və üsyançıları dəstəkləyən “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 71 silahlısı həlak olub. Hökumət qüvvələri arasında ölən və xəsarət alanların sayı barədə məlumat verilmir.
APA TV-nin xəbərinə görə, İraqda Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 62 silahlısı məhv edilib. 16 silahlı Əl-Xəldiyə, 46-sı Ər-Rəmadi şəhərində zərərsizləşdirilib. Əməliyyat İraqın xüsusi xidmət orqanları və yerli icmaları tərəfindən keçirilib.
“İraq və Levantedə İslam Dövləti” qruplaşması İraqın Əl-Fəluca şəhərinin yarısını, Ər-Rəmadi şəhərinin isə bir hissəsini ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib