Ərdoğan jurnalistlər və QHT nümayəndələri ilə görüşəcək
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə yaranmış vəziyyəti yazıçılar, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirə edəcək. APA TV-nin məlumatına görə, 45 nəfərdən ibarət qrup İstanbulda toplaşacaq. Bakı vaxtı ilə günorta saat 1-də başlayacaq görüşdə bəzi nazirlərin də iştirakı gözlənilir.
Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə Ərdoğan hökumətinə qarşı sərt ittihamları davam etdirir. O, Zonquldak bölgəsinə səfəri zamanı bir daha Türkiyəni sarsıdan rüşvət əməliyyatına toxunub.
Rüşvət əməliyyatından sonra ölkənin daxili işlər orqanlarında köklü kadr islahatları da davam edir. Ən son məlumata görə, təhlükəsizlik baş idarəsinin kəşfiyyat idarəsinin 15 şöbə müdiri işdən çıxarılıb. Qeyd edək ki, 17 dekabr əməliyyatından sonra İstanbul və Ankarada yüksək vəzifəli polis əməkdaşları işdən çıxarılıb, bir çoxunun vəzifəsi və iş yeri dəyişdirilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib