Xaçmazda dəhşətli qəza: 3 GƏNC MAŞINDA YANIB ÖLDÜ
Xaçmazda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon ərazisindən keçən magistral yolda “KAMAZ” markalı yük avtomobili və “OPEL” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində həlak olublar.
APA TV-nin xəbərinə görə, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR
17:21
1883
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1929
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1847
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1350
Niderlanda yeni səfir təyin edildi
18:28
1201
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2086