Ariel Şaronun səhhəti daha da pisləşib
2006-cı ildən komada olan İsrailin keçmiş baş naziri Ariel Şaronun səhhəti daha da pisləşib. APA Tv-nin verdiyi məlumata görə, onun vəziyyəti bir neçə gün əvvəl ağırlaşıb. İsrailin “Ynet News” nəşri isə bildirir ki, A.Şaronun vəziyyətinin pisləşməsi böyrək çatışmazlığı ilə bağlıdır. Nəşrin məlumatına görə, bir ay əvvəl A.Şaron əməliyyat olunub və onun vəziyyəti bu günə kimi stabil olub. Hazırda sabiq baş nazir Tel-a-Şomer şəhərində yerləşən Xaima Şiba adına tibb mərkəzində saxlanılır. Bu ilin yanvarında A.Şaronda beyin aktivləşməsi qeydə alınıb. Belə ki, o, ailə üzvlərin şəkillərinə və oğlunun səsinə reaksiya verib.
Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb. Ondan sonra baş nazir postunu Ehud Olmert tutub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib