Gəncə sakini özünü 3-cü mərtəbədən atdı - İNTİHARA CƏHD
Gəncə sakini intihara cəhd edib. Fövqaladə Hallar Nazirliyindən verilən məlumata görə, Kəpəz rayon sakini intihara cəhd məqsədi ilə yaşadığı binadan özünü atmaq istəyib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən özünü atmaq istəyir. Aparılmış psixoloji danışıqlara baxmayaraq, o, özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış vətəndaşı oradan endirib və aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib