Rusiyada kütləvi davada iştirak edən azərbaycanlı qardaşlar ƏFV EDİLDİ
Rusiyanın Yuxarı Ufaley şəhər məhkəməsi 3 "Bulvar" barındakı kütləvi dava ilə bağlı növbəti iclas zamanı Azərbaycan vətəndaşları Qoşqar Hüseynov, Rövşən və Ehtiram Cövziyev qardaşları barəsində bəraət qərarı verib. APA TV-nin xəbərinə görə, davanın digər iştirakçısı Orxan Mirzəyevin azad olunması ilə bağlı müraciət isə təmin olunmayıb. Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata görə, hər üç şəxs məhkəmənin zalından azadlığa buraxılıb.
Hadisə ötən il oktyabrın 6-dan 7-nə keçən gecə baş verib. Azərbaycanlılar yerli xuliqan dəstəsinin lideri Andrey Rupeki onların yoldaşını döydüyünə görə, cəzalandırmaq üçün döyənəklərlə "Bulvar" barına giriblər. Onlar tək həmin şəxsi deyil, digər müştəriləri də döyməyə başlayıblar. Hadisənin məişət zəminində baş verdiyi, milli zəmində törədilmədiyi təsdiq olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib