2013-cü ildə 70 JURNALİST HƏLAK OLUB
2013-cü ildə öz peşə vəzifələrini yerinə yetirərkən dünyanın müxtəlif yerlərində 70 jurnalist həlak olub. APA-nın xəbərinə görə, bu barədə “Jurnalistləri Müdafiə Komitəsi” adlı beynəlxalq təşkilatın hesabatında deyilir. Bu il jurnalistlər üçün ən təhlükəli ölkələr Misir, Suriya və İraq olub. Ölən jurnalistlərin üçdə ikisi Yaxın Şərq ölkələrinin payına düşür. 2013-cü ildə təkcə Suriyada 29 KİV nümayəndəsi həlak olub. Pakistan, Somali, Hindistan, Braziliya, Filippin, Mali və Rusiyada da jurnalistlərin ölüm faktları qeydə alınıb.
“Jurnalistləri Müdafiə Komitəsi” 1992-ci ildən bu cür statistika aparır. 2012-ci ildə dünya üzrə 74 jurnalist ölümü baş verib.
OXŞAR XƏBƏRLƏR
17:21
1929
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1959
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1876
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1353
Niderlanda yeni səfir təyin edildi
18:28
1203
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2089