Ukrayna müxalifətindən avtomobilli aksiya
"Ukrayna hökumətinə avtomobillə zərbə vurmaq lazımdır".
APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna müxalifəti bəyanat verib. Ukrayna müxalifətinin liderləri maşınlarla yürüş keçirməyi nəzərdə tutduqlarını açıqlayıblar. Bundan sonra, 200-dən çox maşından ibarət avtomobil karvanı prezident Yanukoviçin iqamətgahına yol alıb. Kiyev yaxınlığındakı Mejiqoriyu iqamətgahına yol alan karvana velosipedlə və piyada qoşulan insanlar da olub. Aksiyada ümumilikdə 5000-ə qədər adamın iştirak etdiyi bildirilir.
"Bizim ora getməyimizdə məqsəd hələ sakitləşmədiyimizi göstərməkdir. Hökumət istefaya getməyincə sakitləşməyəcəyik. Onlara da yeni il bayramlarında rahatlaşmağa imkan verməyəcəyik"- bunu aksiya iştirakçıları adından müxalifət liderlərindən biri Vitali Kliçko deyib. O həmçinin bildirib ki, yeni il bayramından sonra müxalifət ümumukrayna tətillərinə çağırış edəcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib