Sumqayıtda 12 TONLUQ TORT KƏSİLDİ
Sumqayıtda nəhəng tort kəsilib. Çəkisi 12 tona yaxın, uzunluğu 52 metr olan Avropanın ən nəhəng tortunun üzərində Bakının, Sumqayıtın, Azərbaycanın digər bölgələrinin görüntüləri əks olunub. Tortun hazırlanmasını türkiyəli iş adamı Müzəffər Əbiloğlu həyata keçirib. APA TV xəbər verir ki, iş adamı tortun on günə hazırlandığını deyib: "Şirniyyatın hazırlanmasında 2250 kiloqram un, 1975 kiloqram şəkər tozu, 1100 kiloqram qoz, fındıq, kokos, 225 kiloqram qatılaşdırılmış süd, 250 litr süd, 300 kiloqram yağ istifadə olunub".
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ictimaiyyət nümayəndələrini təbrik edərək bildirib ki, dünyanın ən böyük şirniyyatlarının hazırlanmasının maraqlı praktikaya çevrilib.
Bayram tədbiri konsert proqrami ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib