Bakıda 36 METR HÜNDÜRLÜYÜNDƏ YENİ İL YOLKASI quraşdırılıb
Bu il də Bakının ən böyük Yeni il ağacı Azadlıq meydanında qurulub. Bu ilki yolka nə az, nə çox 11 mərtəbəli bina hündürlükdədir. 36 metrlik nəhəng yolka ölkənin tarixində ən hündür Yeni il ağacı sayılır. Müqayisə üçün qeyd edək ki, ötən il Azadlıq meydanında qurulan yolkanın hündürlüyü 21 metr idi. Metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib və illüminasiya quraşdırılıb. Yolkanın nəhəngliyi sakinlərin ona xüsusi marağının əsas səbəbidir. Gecə saatlarında da yolkanın ətrafında adamlar olur. Bu maraq Şaxta baba və qar qızı da ruhlandırıb.
Ən hündür yolkanın attraksion ətrafında qurulması nəzərdə tutulsa da, bu işləri bayramadək çatdırmaq mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
15:19
634
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
617
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1310
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1145
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1141
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
437