Zaqatalada partlayış: EV SAHİBİ AĞIR YARALANDI
Zaqatalada fərdi yaşayış evində partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış Şamil Orqaniyevə məxsus, ümumi sahəsi 198 kv/m olan iki mərtəbəli fərdi yaşayış evinin mətbəxində olub. Şamil Orqaniyev evin mətbəxinə daxil olaraq işığı yandıran zaman anidən partlayış baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, partlayışa evin mətbəxində quraşdırılmış qaz piltəsindən qaz sızması səbəb olub. Partlayışın gücündən mətbəxin pəncərələrinin şüşələri sınıb və orada olan məişət avadanlığına ziyan dəyib. Ev sahibi aldığı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan verilən məlumata görə, Şamil Orqaniyevə hər iki əlinin və sifətinin 2-3-ü dərəcəli yanıq xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada aparılır.
Fakla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib