KÖRPƏ ÖLÜ DOĞULDU, ananın vəziyyəti ağırdır
Mingəçevir şəhərində daha bir uşaq doğuş zamanı dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Oğlan övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızının vəziyyəti doğuş zamanı qəflətən pisləşib və o, koma vəziyyətinə düşüb. Uşaq ölü doğulub, vəziyyəti ağır olan ana isə reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, doğuşdan sonra qadında kəskin qanaxma baş verib və xəstə dərhal əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problemin və yüksək təzyiqin səbəb olduğu bildirilir. Həkimlər onun yaşama ehtimalının az olduğunu deyirlər. Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünün və ananın koma vəziyyətinə düşməsinin həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirirlər. Xəstəxana rəhbərliyi isə qadına vaxtında tibbi yardımın göstərildiyini, hər hansı həkim səhlənkarlığının olmadığını deyirlər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib