Biləcəridə idman kompleksində partlayış! - XİLASETMƏ ƏMƏLİYYATINDAN GÖRÜNTÜLƏR
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Lokomotiv” idman kompleksində partlayış baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
İlkin ehtimala görə, idman kompleksinin qazanxanasında baş vermiş partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. APA TV-nin məlumatına görə, dünyasını dəyişən şəxs 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib