Nazir: "Mədəniyyət və turizm sahəsində islahatlar aparılmalıdır"
"Azərbaycanın mədəniyyət və turizm sahəsində islahatlara ehtiyac var".
APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir hesab edir ki, bu islahatlar müasirləşmə və müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. 2013-cü il Azərbaycanın mədəniyyət sahəsində bir neçə beynəlxalq tədbirin keçirilməsi ilə yadda qalıb: "Bu il olduqca maraqlı, məhsuldar və nailiyyətlərlə zəngin il olub. Azərbaycanda üç böyük beynəlxalq tədbir keçirilib. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilib. İl ərzində Azərbaycan incəsənət ustaları beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər".
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına dair kollegiya iclası keçirilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib