YAP RƏHBƏRLİYİ ÖZÜNÜ YANDIRAN QARABAĞ ƏLİLİNƏ BAŞ ÇƏKİB
Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə YAP-dan olan millət vəkilləri baş çəkib. Əvvəlcə onlar xəstəxananın qarşısında Qarabağ müharibəsi veteranları ilə görüşüblər.
APA TV-nin xəbərinə görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı Zaur Həsənovun yanında olublar.
Səyavuş Novruzov xəstənin vəziyyətinin tam nəzarətdə olduğunu bildirib. Həmçinin qeyd edib ki, Zaur Həsənovun ayağa qalxması üçün bütün lazımı təbdirlər görülür. Millət vəkili bildirib ki, xəstə ayağa qalxandan sonra onun məsələsinə hüquqi müstəvidə baxılacaq.
Dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb. Hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib