AVTOBUS DƏRƏYƏ AŞDI: 32 ölü
Tailandda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tailandın nəqliyyat naziri Çadçart Sittxipat bildirib. Bundan əvvəl baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 29 nəfərin öldüyü bildirilirdi. Nəqliyyat Nazirliyinin məlumatına əsasən, avtobusda 40 sərnişin olub. Nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılaraq, 50 metr hündürlükdən dərəyə yuvarlanıb. İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə şahidləri avtobusun yüksək sürətlə hərəkət etdiyini bildiriblər.
Polis sərnişinlər arasında əcnəbilərin olması barədə hələlik heç bir şərh vermir.
OXŞAR XƏBƏRLƏR
17:21
1990
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2000
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1912
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1356
Niderlanda yeni səfir təyin edildi
18:28
1206
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2092