Ədliyyə naziri vətəndaşları qəbul etdi
Ədliyyə naziri Fikrət Məmmədov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib. APA-TV -nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli regional ədliyyə şöbəsinin yeni binasında keçirilən qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb. Qəbul zamanı vətəndaşların ədliyyə orqanlarının, o cümlədən notariat, vətəndaş qeydiyyatı, habelə məhkəmə qərarlarının icrası və işə qəbulla bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Digər müraciətlərin baxılması üçün qeydlər aparılıb. Nazir ədliyyə orqanlarına aid olmayan digər məsələlərin araşdırılması üçün aidiyyatı qurumlara göndərilməsinə göstəriş verib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib