Bakıya yağış yağacaq - HAVA PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.
APA TV-nin xəbərinə görə, Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Dekabrın 27-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Lakin şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib