Bakıda yanğın: 2 qadın xilas edildi
Bakının Binəqədi rayonu, Azadalıq prospekti 176, bina 18 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. APA TV-nin xəbərinə görə, yanğın binanın 15-ci mərtəbəsində yerləşən 38 nömrəli mənzildə qeydə alınıb. Bina sakinlərindən verilən məlumata görə, mənzilin sahibi Züleyxa Rəhimova sözügedən ünvanda ruhi xəstə qızı ilə yaşayırmış. Yanğın baş verən kimi ev sahibi Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Binəqədi Rayonu Yanğından Mühafizə hissəinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülərək, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı tüstüdən zəhərlənən ev sahibi və qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi