Azərbaycan bu il 1,2 milyard dollarlıq SİLAH VƏ HƏRBİ TEXNİKA ALIB
Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur. APA İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub.
Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib.
Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da «soyuq müharibə» dövründən sonra ən yüksək nəticədir.
Silah alınması üzrə ilk yerdə 9,9 milyard dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya gəlir.
OXŞAR XƏBƏRLƏR
16:42
153
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2021
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2024
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1915
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1360
Niderlanda yeni səfir təyin edildi
18:28
1210