Metropoliten rəsmisi: "Ən ucuz qiymətlər yenə bizdədir"

"Metropolitendə bir sərnişinin daşınmasının gündəlik xərci 47 qəpik təşkil edir".

 

APA TV-nin məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib:

 

O, göstərilən qiymətin yalnız istismar xərclərinə sərf olunduğunu və bura bəzi nüansların  daxil olmadığını açıqlayıb:

 

SİNXRON: Bəxtiyar Məmmədov - mətbuat katibi

"Metro - yəni stansiyaların, tunellərin tikintisi, xətlərin inşası, yeni qatarların alınması, əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması, əsaslı təmiri bura daxil deyil. Ümumiyyətlə, bu kimi bütün əsaslı məsələlərin heç biri qeyd etdiyim 47 qəpiyə daxil deyil".

 

O, Bakı metrosundakı qiymətləri digər ölkələrlə müqayisə etməyi də unutmayıb:

 

SİNXRON: Bəxtiyar Məmmədov - mətbuat katibi

"Belarusda, paytaxt Minskdə metroda gediş haqqı 55 qəpikdir, 37 qəpik Daşkənddədir. Ümumiyyətlə, post-sovet məkanını nəzərə alsaq ən ucuz tariflər yenə də bizdədir. Mən Rusiyanı xüsusi qeyd etmək istəyirəm. Moskva kimi meqapolisdə bu bir neçə dəfə ilə ölçülür, Sankt-Peterburqda da. Ümumiyyətlə, Moskvada elə bir metropoliten sistemi yoxdur ki, Bakı Metropolitenindən qat-qat baha olmasın".

 

Xidmət rəhbəri qatarların yenilənməsilə bağlı ictimaiyyətin təkliflərinə də münasibət bildirib:

 

SİNXRON: Bəxtiyar Məmmədov - mətbuat katibi

"Birincisi, köhnə vaqonlar istismar müddətini başa vurmalıdır. Onlar istismar müddətini başa vurduqca xətdən çıxarılır və son illərin nümunəsi kimi yenilərilə əvəz olunur. Burada da yeganə və ən əsas şərt sərnişin rahatlığını təmin eləyən kondisionerli, mikroiqlim şəraitli vaqonlardır".

 

Bəxtiyar Məmmədov vurğulayıb ki, qiymət dəyişikliyi yalnız metropoliten şəbəkəsinin inkişafına, eləcə də sərnişinlərin daha rahat və təhlükəsiz şəraitdə daşınmasına xidmət edəcək.

 

Fərid Azəri, Azər Nağıyev

 

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR