Maşını sərxoş və sənədsiz idarə edən sürücülər saxlanıldı - İSTİRAHƏT ZONASINDA REYD
Xocalı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi yaxınlığında reyd keçirib.
APA TV-nin qərb bürosunun məlumatına görə, dağlıq ərazi və istirahət zonası olduğundan, yol polisləri avtomobillərin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirib.
Eyni zamanda qayda pozan və ya yoxlanış üçün saxlanılan avtomobillərin sürücüləri mütləq şəkildə alkoqol testindən keçirilib. Spirtli içki qəbul etmiş sürücülərin maşınları polis müfəttişləri tərəfindən cərimə meydançasına aparılıb, sürücülər barədə isə inzibati cəzalar tətbiq edilib.
Reyd zamanı həmçinin sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərə də rast gəlinib. Onlar barədə də qanunun tələbləri üzrə müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları hərəkət qaydalarına qeyd-şərtsiz əməl etməyin vacibliyini bir daha sürücülərin nəzərinə çatdırıb.
Ağcakənd yolundakı reyd gecə saatlarınadək davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."