Neft ucuzlaşmağa başladı - SƏBƏBLƏR

Dünya birjalarında neft ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, birjalardakı ticarət əməliyyatlarında "Brent" neftinin qiyməti 35 sent azalaraq 74,62 dollar təşkil edib. Qərbi Texas nefti də dəyər itirib. Bu markadan olan "qara qızıl" müştərilərə 69,31 dollara təklif olunur.

 

Lakin analitiklər qiymətlərin yenidən artacağını proqnozlaşdırır. Səbəblər arasında ABŞ-ın İrana tətbiq etdiyi hasilat sanksiyaları öncül yerdə dayanır.

 

ABŞ və Çin arasındakı iqtisadi çəkişmənin dərinləşməməsi gözlənilənlərin əksinə olaraq qiymətləri aşağı salır. Üstəlik, ABŞ-da hasilatın daha da artması, eləcə də Liviyadakı daxili çaxnaşmalar birjalara təsirsiz ötüşmür.

 

Ehtimal olunur ki, Vaşinqtonun İrana tətbiq etdiyi, ölkənin neft hasilatı və ixracına mənfi təsir edən sanksiyalar səbəbindən bazarlarda ani silkələnmə ola bilər.

 

Ekspertlərin mülahizələri isə hələlik həftə sonunadək birjaların vəziyyətində hər hansı sürpriz dəyişiklik olmayacağını deməyə əsas verir. Bununla belə, gözlənilmədən baş verə biləcək qlobal əhəmiyyətli hadisənin bazarlara təsiri qaçılmazdır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR