İsmayıllıda içərisində mal-qara olan tövlə yandı - FERMERƏ BÖYÜK ZƏRƏR DƏYDİ
İsmayıllı rayonunun Qubaxəlilli kəndində içərisində mal-qara olan tövlə yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qubaxəlilli kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov İsmayıl Balakişi oğluna məxsus ümumi sahəsi 240 kvadratmetr olan tövlə yanıb.
Hadisə zamanı tövlədəki 1 baş iribuynuzlu heyvan və bir buzov yanıb, 30 baş iribuynuzlu və 15 baş xırdabuynuzlu heyvan xilas edilib.
1200 ədəd ot bağlaması yanaraq külə dönüb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağsu, Göyçay və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın tamamilə söndürülüb, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."