Soçi faciəsinin nəticəsi - 4 ERMƏNİ DİRİ-DİRİ YANDI

Dünən Rusiyanın Soçi şəhərində baş verən yanğında ölən 8 nəfərdən 4-ü ermənidir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi xəbəri təsdiqləyib.

Adler küçəsində baş vermiş yanğında 4 erməni - Nirvard Arutonyan, Naira Barseqyan, Yeva Barseqyan, Anna Barseqyan ölüb. Artur Barseqyan adlı şəxs isə ağır yaralıdır.

 

Ehtimala görə, yanğına səbəb manqalda qalan közün alışması olub. Adler küçəsində yerləşən taxta yaşayış binası erməni ailəsi tərəfindən kafe kimi fəaliyyət göstərib.

 

Faktla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR