Tramp Ruhaniyə görüş təklif etdi - İRAN ŞƏRT QOYDU

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri vurğulayıb ki, əgər bu görüş baş tutsa onun səmərəli keçəcəyinə indidən inanır.


"Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşə bilərəm. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram".

İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi isə iki ölkə arasında dialoqun bərpası üçün ABŞ-ın nüvə razılaşmasına qayıtmalı olduğunu qeyd edib.

Bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

 

"İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır" - deyə, müşavir əlavə edib.

 

Qeyd edək ki, mayın 8-də D. Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR